“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə bağlı treninq

“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə bağlı treninq
16:58 12 Noyabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) test imtahanlarına ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək ümumtəhsil müəssisələri tərəfindən cavabdeh şəxs qismində təyin olunan əlaqələndiricilərlə treninq keçirilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, treninqdə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, həmçinin qeyd olunan şəhər və rayonda məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri iştirak ediblər.
TQDK-nın təşkilati-metodik təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov iştirakçılara “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin strukturu, funksiyaları, sistemlə işləmək qaydaları haqqında geniş məlumat verib. A.Həbibov, həmçinin qarışda duran vəzifələri, o cümlədən bazaya daxil edilmiş nəzarətçi-müəllimlərin şəxsi və digər zəruri (sosial sığorta kartının nömrəsi, əməkhaqqının ödənilməsi üçün bank rekvizitləri və s.) məlumatlarının bir daha dəqiqləşdirilməsini, yeni nəzarətçilərin qeydiyyatının aparılmasını, əmək müqavilələrini bağlanmasını diqqətə çatdırıb.
Sonra iştirakçıların sualları cavablandırılıb.
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri ilə treninqlər TQDK-nın regional bölmələrinin əməkdaşları tərəfindən regionlarda da davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR