Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı ərizələrin təqdim edilməsi müddəti uzadılıb

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı ərizələrin təqdim edilməsi müddəti uzadılıb
18:18 12 Noyabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq cari ilin oktyabrında elan edilmiş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulunun noyabrın 14-dək həyata keçirilməsi nəzərdə tutulub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla belə, müsabiqədə iştirak etmək arzusunda olan bütün hüquqşünaslara geniş imkan yaradılması məqsədilə ərizələrin qəbulu müddətinin uzadılması və dekabrın 1-də başa çatdırılması qərara alınıb.
Nazirlik bir daha xatırladır ki, hazırki müsabiqədə namizədlərin iştirakını daha da asanlaşdırmaq məqsədilə onlara ərizələrini bu qurumun internet səhifəsi (www.justice.gov.az) vasitəsilə elektron formada təqdim etmək imkanı yaradılıb. Bununla yanaşı, ərizə nazirlikdə və ya regional ədliyyə şöbələrində, yaxud poçt vasitəsilə də təqdim oluna bilər.
Eyni zamanda, müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, əvvəlki illərdə olduğu kimi, onların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına kömək məqsədilə noyabrın 16-dan etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu keçirilir. Bununla əlaqədar namizədlər birbaşa Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158, telefon: (012) 493-71-31).
Həmçinin test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və “Yaddaş kitabçası” nazirliyin internet səhifəsində yerləşdirilib. Eyni zamanda, bu sənədlər nazirliyə və regional ədliyyə şöbələrinə müraciət edənlərə təqdim olunur.
Test imtahanının tarixi və digər məsələlər barədə məlumat veriləcək.
Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-09-90 nömrəli telefonlar vasitəsilə əlavə operativ informasiya almaq olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Adliyye_orqanlarina_qulluga_qebulla_bagli_erizelerin_teqdim_edilmesi_muddeti_uzadilib-901466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR