İspaniyanın Mursiya Universiteti ilk dəfə Azərbaycan ilə təhsil mübadiləsi təklif edir

17:53 13 Noyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 13 noyabr, AZƏRTAC
İspnaiyanın Mursiya Universiteti noyabrın 16-dan 26-dək beynəlxalq mübadilə proqramları ilə tanışlıq günləri keçirəcək. Məqsəd tələbələri maraqlı mübadilə proqramları ilə tanış etmək, onları bu barədə ətraflı məlumatlandırmaqdır.
Universitetin bununla bağlı rəsmi məlumatında deyilir ki, həmin tədbir çərçivəsində İSEP proqramı üzrə ABŞ, Kanada, Avstraliya və Puerto-Riko kimi ölkər, Erasmus proqramı üzrə isə Latın Amerikası ölkələri ilə yanaşı, ilk dəfə Azərbaycan, Çin, İndoneziya, Mərakeş və Tayvanla mübadilə proqramları təklif olunacaq.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyanin_Mursiya_Universiteti_ilk_defe_Azerbaycan_ile_tehsil_mubadilesi_teklif_edir-901830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR