x
Loading...

“Cortana” rəqəmsal köməkçisi Kanada, Avstraliya, Yaponiya və Hindistana çatıb

“Cortana” rəqəmsal köməkçisi Kanada, Avstraliya, Yaponiya və Hindistana çatıb
18:33 13 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+
.


Bakı, 13 noyabr, AZƏRTAC
Bu gündən etibarən Kanada, Avstraliya, Yaponiya və Hindistanda Windows 10 əməliyyat sisteminin istifadəçiləri Microsoftun virtual rəqəmsal köməkçisi olan “Cortana”dan istifadə edə biləcəklər.
AZƏRTAC zdnet.com texnoloji xəbərlər saytına istinadən xəbər verir ki, ingilis dilində hazırlanmış səsli köməkçi istifadəçinin elektron poçtunu, telefon nömrəsini tanımaq və gündəliyində yazılan qeydləri sahibinə xatırlatmaq imkanına malikdir. İstifadəçi onun sayəsində dünyanın ən böyük onlayn taksi sifarişi xidməti olan “Uber”-dən də yararlana biləcək.
İndiyədək “Cortana” rəqəmsal köməkçisindən yalnız ABŞ, Böyük Britaniya, Çin, Fransa, İtaliya, Almaniya və İspaniyada istifadə etmək mümkün idi.
Microsoft korporasiyasının ABŞ, Puerto-Riko və Kanadada 110 mağazası var. Bir neçə gün əvvəl şirkət şimali Amerikadan kənarda ilk mağazasını Avtraliyanın Sidey şəhərində açıb.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cortana_reqemsal_komekchisi_Kanada_Avstraliya_Yaponiya_ve_Hindistana_chatib-901863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR