Vladimir Putin: “Türk axını” layihəsi Rusiya və Türkiyənin maraqlarına uyğundur

Vladimir Putin: “Türk axını” layihəsi Rusiya və Türkiyənin maraqlarına uyğundur
19:08 13 Noyabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, Nihad Budaqov, AZƏRTAC
“Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi Rusiya və Türkiyənin maraqlarına uyğundur.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Prezidenti Vladimir Putin deyib. V.Putin “Türk axını” üzrə işlərin ləngidiyi fikri ilə razı olmadığını da bildirib.
“Belə böyük bir layihəni bir anda inkişaf etdirmək və tez razılaşmaya getmək mümkün deyil. Ən vacibi isə odur ki, bu layihə Rusiya və Türkiyənin maraqlarına tam uyğundur. Bu mövzuda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmfikirik”, - deyə Rusiya Prezidenti qeyd edib.
Xatırladaq ki, “Qazprom” “Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib. Əvvəllər “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vladimir_Putin_Turk_axini_layihesi_Rusiya_ve_Turkiyenin_maraqlarina_uygundur-901894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR