“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

20:08 13 Noyabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 758) aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilsin:
“2.3. Bu Qanunun müddəaları dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulmuş informasiyanı mühafizə vasitələrinin uyğunluğunu qiymətləndirən qurumların akkreditasiyası ilə bağlı münasibətlərə şamil edilmir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2015-ci il.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uygunlugun_qiymetlendirilmesi_sahesinde_akkreditasiya_haqqinda_Azerbaycan_Respublikasinin_Qanununda_deyisiklik_edilmesi_barede_Azerbaycan_Respublikasinin_Qanunu-901938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR