Tovuz, 14 noyabr, AZƏRTAC
Tovuz rayonunda 621 hektar üzüm bağı var və bunun da 550 hektarı bar verən bağlardır.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, plantasiyalarda üzüm yığımı davam edir. Sahibkarlar indiyədək bağlardan 8 min 265 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 330 ton çoxdur.
