Bakı, 16 noyabr, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının dördüncü turu çərçivəsində iki oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ilk görüşü “Gənclik ” Olimpiya İdman Kompleksində Çempionlar Liqası yarışlarındakı təmsilçilərimiz “Telekom” və “Azərreyl” komandaları arasında oynanılıb. Görüş “Azərreyl”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci qarşılaşmasında Çempionlar Liqasında yarışan “Lokomotiv” komandası Avropa Voleybol Konfederasiyası (CEV) turnirində ölkəmizi təmsil edən “Azəryol”u qəbul edib. Azərbaycan Voleybol Mərkəzində keçirilən görüşdə “Lokomotiv” komandası 3:1 hesabı ilə qalib gəlib.
Hesabında 6 xal olan “Telekom” və “Azərreyl” turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb. “Azəryol” isə üç xalla 3-cü yerdədir.
“Azərreyl” və “Lokomotiv” voleybol komandaları Azərbaycan Super Liqası yarışlarında qələbə qazanıblar