FİFA-nın Etika Komitəsi iki federasiya prezidentini cəzalandırıb. Fanat.az хəbər verir ki, rüşvət aldıqlarına görə Nepal Futbol Federasiyasının prezidenti Qaneş Tapanı 10, Laos Futbol Federasiyasının prezidenti Vipet Sihaçakrı 2 il futbol sahəsindən kənarlaşdırıb.


Qaneş Tapa 2009 və 2011-ci illərdə Asiya Futbol Konfederasiyasının Konqresində keçirilən FIFA-nın İcraiyyə Komitəsinə seçkilərdə bir nəfərdən rüşvət alıb. Buna görə ona 10 il cəza verilib və 20 min İsveçrə frankı cərimələnib.


Vipet Sihaçakr isə Asiya Futbol Konfederasiyasının 2011-ci ildəki Konqresi zamanı rüşvət alıb. Onun cəzası 2 il və 40 min İsveçrə frankı olub.


Fanat.az