FİFA-nın Etika komitəsi Nepal Futbol Asosassiyasının prezidenti Qaneş Tapanı ağır cəzalandırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Tapa 10 il müddətinə futbol fəaliyətindən kənarlaşdırılıb. O, 20 min İsveçrə frankı həcmində cərimə də ödəyəcək. Tapa Etika kodeksinin 6 maddəsi ilə ittiham olunub. Federasiya prezidenti rüşvət, maliyyə ehtiyatlarını mənimsəmək,, informasiya gizlətmək və mühüm işlərdə əməkdaşlıqdan imtina etməkdə təqsirli bilinib. Eyni zamanda Laos Futbol Federasiyasının eks prezidenti Vifet Sixaçakr də 2 illik diskvalifikasiya və 40 min frankla cəzalandırılıb.

Qeyd edək ki, daha öncə FİFA iki məmuru uzun müddətə futbol fəaliyyətindən məhrum etmişdi.

Milli.Az