Axşam.az-ın məlumatına görə, xalq artisti “Svoy sredi svoix” adlı proqramla azərbaycanlı tamaşaçılarının qarşısına çıxacaq.
Kann, Venesiya kimi dünyanın nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkov bir çox filmlərin rejissoru, ssenaristi, baş prodüseri və bədii rəhbəridir.
Saat 19:00-da başlayacaq gecənin biletləri 20 manatdan 60 manata kimidir. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.