Bakı, 17 noyabr, Nihad Budaqov, AZƏRTAC
Misirdə Rusiya laynerinin qəzaya uğramasına səbəb təyyarəyə yerləşdirilən bombanın partlaması olub.
AZƏRTAC RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Bortnikov Misirdə Rusiyaya məxsus sərnişin təyyarəsinin terakt nəticəsində parçalandığını bildirib.
Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğramışdı. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olmuşdu.