Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bayıl stadionunda Rusiya yığması ilə qarşılaşan komandamız qələbə qazanıb - 3:0.
Oyunda Kerem Benhke dubl edib, Elşən Abdullayev isə penalti zərbəsini dəqiq yerinə yetirib.