Gələn ilin yanvarında iş adamı Ozan Baranla ailə qurmağa hazırlaşan sosial cəmiyyət gözəli Sürəyya Yalçın toy həyəcanı yaşayır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 3-cü dəfə ərə gedən S.Yalçın sosial şəbəkədən toyu ilə bağlı bəzi məlumatları yazıb.

Belə ki, Çırağan Sarayında baş tutacaq nikah mərasimi üçün cütlük özünə qızıldan hazırlanmış taxt hazırladır. Sürəyya ilə Ozanın toyunu isə mğənni Sərdar Ortaç idarə edəcək.
Milli.Az