Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun "Saxtakarlıqları ifşa edənlər" adlı ensiklopedik xarakterli ikicildlik kitabının populyarlaşmasına və Azərbaycanın digər elmi və informasiya resurslarına maraq göstərən Gürcüstan tərəfi ilə əməkdaşlığa açıqdır.

"Tbilisidə keçirilən elmi konfrans zamanı kitabımı xatırladığına görə akademik Bondo Arveladzeyə minnətdarlığımı bildirirəm. Erməni alimlərinin saxta faktlarının toplandığı nəşr etdiyim kitabın, yeri gəlmişkən, ermənilər arasında da öz auditoriyasını tapması və işə yaraması məni sevindirir. Bu, arzu etdiyim haldır. Və biz, ilk növbədə Gürcüstan tərəfi ilə əməkdaşlıq etməyə və bütün birgə layihələri dəstəkləməyə hazırıq", - deyə F.Axundov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.

Dünən Tbilisidə nüfuzlu gürcü alimlərin iştirakı ilə Qafqaz Beynəlxalq Universitetində keçirilən "Gürcüstan kilsələri dünən, bu gün" mövzusunda konfransda Cənubi Qafqazda tarixi reallıqların erməni saxtalaşdırılması mövzusuna dair Azərbaycanın informasiya-elmi tədqiqatlarına maraq ifadə olunub. Konfransın mövzusu erməni tərəfinin Gürcüstan ərazisində 400-dən artıq kilsəyə iddia etmələrinə dair səsləndirilən bəyanatdan sonra gürcü cəmiyyətində geniş əks-sədaya səbəb olması ilə əlaqədardır.

Xüsusilə, akademik Bondo Arveladze o cümlədən Azərbaycanda mövcud olan yeni elmi və informasiya resurslarının, beynəlxalq elmi biliklərin istifadəsinin əhəmiyyətini qeyd edib. "Bununla əlaqədar Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun "Saxtakarlıqları ifşa edənlər" adlı ensiklopedik xarakterli ikicildlik kitabının öyrənilməsi və geniş yayılması xüsusi əhəmiyyət kəsb edir", - deyə B.Arveladze vurğulayıb.

Çıxış edənlər gürcü kilsələrinə iddialarında ermənilərin bu gün özlərinin olduğu kimi, tarixin bir dövründə gürcülərin monofizit olduqları faktı ilə spekulyasiyaya cəhd etdiklərinə xüsusi diqqət yönəldiblər.

"Qafqaz Beynəlxalq Universiteti kimi təhsil müəssisəsində gürcü kilsəsinin tarixi, onun dünənki və hazırki vəziyyətinə dair məsələnin müzakirə olunması biziə xoşdur. Gürcü kilsəsi hazırki gürcü sivilizasiyası və mədəniyyətinin banisidir. Bizim digərlərindən fərqlənən böyük mədəniyyətimiz var, 4-cü əsrdən başlayaraq onun təsisçisi gürcü müqəddəs kilsəsidir", - deyə mitropolit Ananiya Caparidze "Gürcüstan monofizitləri" mövzusunda çıxışı zamanı bəyan edib.

"Alimlərimiz gürcü və erməni kilsələri arasında münasibətləri, gürcü monofizitlərinin fəaliyyətini, həmçinin gürcü monofizitlərinin Gürcüstanda inşa etdikləri kilsələri öyrəniblər", - deyə QBU-nun rektoru, professor Kxaber Kordzaya bildirib.

"Problem çox aktualdır və buna əsaslanaraq, düşünürəm ki, bu konfrans bizə çox şey barədə məlumat verə bilər. Tədqiqatlarımızın nəticələri isə nəşr edilməli və ictimaiyyət üçün açıq olmalıdır", - deyə tarix elmləri doktoru Ketevan Şoşiaşvili vurğulayıb.

Həmçinin konfrans zamanı Cənubi Qafqazda mədəni və tarixi irsin Azərbaycan və Gürcüstan etnoslarının mədəni və tarixi irsinin dəryası olan bütün Cənubi Qafqazı əhatə edən ümumi dünya irsinin bir hissəsi olmasına dair fikir səsləndirilib.

Tədbirin digər iştirakçıları da - professor Anzor Totadze, Etnologiya və Tarix İnstitutunun direktoru Vaja Kiknadze, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev və b. konfransın mövzusunun aktuallığı və inkişaf etidirilməsi zərurətini qeyd ediblər.

interfax.az