Bakı, 5 fevral, AzərTAc
“Expressbank” 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni ilə” adlı fotomüsabiqədə iştirak edən qaliblərə mükafatlar təqdim edib.
Bankdan AzərTAc-a bildiriblər ki, müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 manat, Visa Gold + 300 manat və Visa Classic + 100 manat təqdim olunub. Digər 7 iştirakçıya isə “Expressbank” adından korporativ hədiyyələr verilib.
Qeyd edək ki, müsabiqə iki mərhələdə keçirilib. Birinci mərhələnin şərtlərinə görə, əvvəlcə iştirakçılar 28 Mall ticarət mərkəzində olan “Expressbank”ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər. İkinci mərhələdə isə, seçilən 10 şəkil bankın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilib.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi Facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.