Müğənni Ayan Babakişiyeva əməliyyat olunur.

Axşam.az-ın məlumatına görə, ifaçı burun əməliyyatı etdirir.

Hazırda davam edən prosesdə A.Babakişiyevanın həm də burnundakı çəpər əyriliyi düzəldiləcək.

Qeyd edək ki, sənətçi bir müddət əvvəl burnunu plastik əməliyyat etdirmək istədiyi ilə bağlı açıqlama vermişdi.