Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/
Soyğunçuluq etdiyinə görə tutulmuş şəxslərdən narkotik vasitələr də aşkar edilərək götürülüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Elnur İsmayılovun 350 manatını soyğunçuluq yolu ilə almış Biləsuvar rayon sakini Cəmil İmanov və Bakı şəhər sakini Kamran Əhmədov tutulublar.
C.İmanovdan 0,167 qram, K.Əhmədovdan 0,172 qram heroin götürülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az