Bakı, 5 fevral, AzərTAc
Ümumtəhsil məktəblərinin yeddinci siniflərində istifadə edilən “Fizika” dərslik dəstinin elmi-metodiki monitorinqi ilə bağlı seminar olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, seminarda dərslik dəsti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib. Müəllim və mütəxəssislər çıxış edərək fikir və təkliflərini bildiriblər.
Fevralın 11-də müzakirə davam etdiriləcək.