Qərara bolqarıstanlı atletlər tərəfindən antidopinq qaydalarının kütləvi pozuntusu səbəb olub. Martda ölkənin 8 kişi və 3 qadın ağırlıqqaldıranının A probunda stanozolol anabolik steroidi aşkarlanıb.
Bundan başqa IWF qarşıdakı olimpiadada Tacikistan, Honduras, Qvatemala, Panama və Syerra-Leone atletlərinin iştirakına icazə verməyib. Səbəb kimi bu ölkələrin idmançılarının öz yerləri barədə antidopinq xidməti əməkdaşlarını məlumatlandırmamaları göstərilib.
Qeyd edək ki, bu gün ABŞ-ın Hyuston şəhərində start götürəcək dünya çempionatında Azərbaycanı əslən bolqarıstanlı 3 ağırlıqqaldıran - Silviya Angelova (48 kq), Boyanka Kostova (63 kq) və Valentin Xristov (62 kq) təmsil edəcək.