Bolqarıstanın ağırlıqqaldırma üzrə milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin bu qərarı qəbul etməsinə bolqarıstanlı atletlər tərəfindən antidopinq qaydalarının kütləvi pozuntusu səbəb olub. Martda ölkənin 8 kişi və 3 qadın ağırlıqqaldıranının A probunda stanozolol anabolik steroidi aşkarlanıb.

Bundan başqa, IWF qarşıdakı olimpiadada Tacikistan, Honduras, Qvatemala, Panama və Syerra-Leone atletlərinin iştirakına icazə verməyib. Səbəb kimi bu ölkələrin idmançılarının öz yerləri barədə antidopinq xidməti əməkdaşlarını məlumatlandırmamaları göstərilib.

Milli.Az