Bakı, 20 noyabr, Salehə Əliyeva, AZƏRTAC
Bakıda keçirilən Azərbaycan-Rusiya Universitetlərarası Forumu çərçivəsində “Four Seasons” otelində Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov çıxış ediblər.
Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiasiyasının yaradılması haqqında Memorandumu Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Ufa Dövlət Neft Universitetinin rektoru Ramil Baxtizin imzalayıblar.
Forum Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federasiyası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.








