Agenliyin sosial media meneceri Müşviq Şirəliyevin ANS PRESS-ə verdiyi məlumata əsasən, hazırlanmış bu loqolar həvəskar əl işləridir. "Biz bunları yaratmışıq, amma bu bir ilkdir və bilmirik ki, əhali tərəfindən necə qarşılanacaq. Əgər insanlarda maraq doğursa, digər rayonların da şəkillərini hazırlayacağıq. Hətta, rəsmi şəkildə təklif gəlsə, bu loqoları rəsmiləşdirə də bilərik", - deyə agenliyin nümayəndəsi bildirdi.

Müşviq Şirəliyev - sosial media meneceri (solda) və Anar İsmayıl - layihənin yaradıcısı Art direktor (sağda)
Bəs, rayikon nədir? Rayikon - rayon və ikona sözlərinin birləşməsindən yaranıb. Mənası rayonları işarə edən deməkdir.
Bu Azərbaycanda atılmış ilk addımdır. Amma bir müddət əvvəl Finlandiya öz ölkəsinə xas emoikonlar yaratmaqla bir ilkə imza atıb.
Azərbaycanın bəzi rayonları üçün hazırlanan rayikonaları və mənalarını sizə də təqdim edirik:

Bakı - tıxac

Naxçıvan - pul

Ağsu - aşırım

Balakən - paraşüt

Bərdə - pambıq

Gədəbəy - kartof

Kəlbəcər - qızıl

Kürdəmir - düzənlik

Lənkəran - limon, çay

Mingəçevir - elektrik stansiyası

Naftalan - sanatoriya ( logoda vanna içərisində uzanmış adam)

Nefçala - balıq

Qazax - saz

Qəbələ - turizm inkişaf edib (kanat)

Qusar - dəllək

Sabirabad - qarpız

Şamaxı - teleskop

Sumqayıt - 20 qəpik (20 qəpiklə Sumqayıta getmək istəyən oğlanlar)

Şuşa - Üzeyir Hacıbəyov

Yevlax - dilənçilər