69 yaşlı superstar Ajda Pekkan "Brend Week İstanbul"un qonağı olub. Gecce.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirə gec qatılan superstar gərgin davranışları ilə diqqət çəkib.
Pekkan dəvətə qatılan mətbuat nümayəndələrinin yaxından fotoşəkil çəkməsinə icazə verməyib.Türkiyənin ən çox estetik əməliyyat keçirən məşhuru olan Pekkanın son olaraq üzünə etdirdiyi əməliyyatdan narahat olduğu öyrənilib. Üz ifadəsi dəyişən və ağzını yummaqda çətinlik çəkən sənətçinin bu davranışlarını görən qonaqlar "Vurur üzə ifadəsi, çox gərginsən, bitanesi" kimi zarafatlar ediblər.
Milli.Az

