Bakı, 21 noyabr, AZƏRTAC
Kamerunda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 10 nəfər həlak olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin şimalında - Nigeriya ilə sərhəddə yerləşən Fotokol şəhərində baş verib.
Xatırladaq ki, “Boko Haram” qruplaşması Niger, Kamerun və Çad ordusunun onlara qarşı apardıqları hərbi əməliyyatlara cavab olaraq bu ölkələrin ərazisində mütəmadi təxribatlar törədir.