Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu işdə bölgələrdə fəaliyyət göstərən jurnalistlərin də kənarda qalmayacağını bildirib: "Biz çalışırıq ki, mükafatın coğrafiyası geniş olsun. Nəinki, Bakıda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrində çalışanlar, həm də Naxçıvanda, Gəncədə və digər bölgələrdə olan jurnalistlər mükafatlandırılsınlar. Azərbaycan Mətbuat Şurası döyüş xəttinə yaxın olan rayonlarda çalışan jurnalistlərə də öz qayğısını artıracaq. Biz onlarla peşəkarlığın artırılması ilə bağlı işləməyi planlaşdırırıq. Bu tədbirlərin Novruz Bayramından sonra həyata keçirilməsi nəzərdə tutulur”
Milli.Az