Müğənni Nura Suri repertuarında yenilik edib. O, "Həvvan olum" adlı yeni mahnısını internet və radio istifadəçilərinin ixtiyarına verib. Nura yeni layihəsində özünü həm də şairə kimi sınayıb. Ritmik notlar üzərində qurulan mahnının sözləri Nura Surinin özünə, musiqisi və aranjemanı isə Muxtar Abseynova məxsusdur.
“Həvvan olum” mahnısının pozitiv olduğunu qeyd edən ifaçı onun dinləyicilər tərəfindən seviləcəyinə əmindir: “Mahnının sözlərini altı ay öncə yazmışam. Bəstəkara sözləri təqdim edən kimi musiqi ərsəyə gəldi. Düzün desəm, heç mahnının yazılması da mənə əziyyət vermədi. Yarım saat ərzində sevə-sevə mahnını oxuyub, yazdıq”.

Nura Suri özünü şairə kimi də sınadı
Nura Suri özünü şairə kimi də sınadı
Nura Suri özünü şairə kimi də sınadı
Nura Suri özünü şairə kimi də sınadı