Türkiyəli müğənni Sərdar Ortaç Bakıya gəlir.

Axşam.az-ın məlumatına görə, ifaçı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətiylə konsert verəcək.

Gecənin təşkilatçısı Nahid Emiloğlu tədbirin martın 8-də Bakı Əyləncə Mərkəzində baş tutacağını bildirib.
Qeyd edək ki, əməkdar artist Ədalət Şükülov açıqlamasında Bakı konserti zamanı S.Ortaçla bir araya gələcəyini demişdi.