Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir.
Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı Sərnişin Vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının Mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib. 1977-ci ildə Bakı Sərnişin Stansiyasında 10 min sərnişinlik yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Cənubi Qafqazda ən iri analoji obyek olub.
