Qeyd edək ki, rekonstruksiya işlərinə başlamaq üçün cari ilin iyun ayında Bakıda keçirilmiş ilkin əlaqələndirmə iclası zamanı texniki-texnoloji məsələlərə aydınlıq gətirilib, qurğu üzrə mövcud texniki mühəndislik sənədləri icraçı tərəfə təqdim olunub. Aparılmış layihələndirmə tədqiqat işləri nəticəsində podratçı tərəfindən ilkin emal qurğusunun yeni texnoloji konfiqurasiyası müəyyənləşib və texniki məlumatlar “Aspentech Hysys v.7.3”, “Promax 3.2” mühəndislik proqramları və digər müasir proqramlar vasitəsi ilə işlənərək simulyasiya olunub. Qarşıya qoyulan prioritet məsələlər istiqamətində işlərə start verilib, NEZ tərəfindən texniki tapşırıq əsasında bir sıra mühəndislik parametrləri üzrə tələblər irəli sürülüb. İlkin emal qurğusunun rekonstruksiyası üzrə layihənin uğurlu icrası üçün layihə üzrə PMC şirkət olan (layihənin idarəedici podratçısı) “Fluor” ilə birlikdə bütün texniki imkanlardan istifadə olunub.
Yaxın zamanda PreFEED mərhələsinin tamamlanması nəzərdə tutulur. Bundan sonra layihənin növbəti - FEED (ilkin detallı layihələndirmə) mərhələsinə keçiləcək.