“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, noyabrın 3-də “Elektron hökumət” portalına inteqrasiya edilən e-xidmətdən bu günədək 754 dəfə istifadə olunub
“E-Gov mobil identifikasiya vasitəsi” - “E-gov identity” sistemə giriş üçün vətəndaşın mobil telefon nömrəsi üzrə FİN-i tanıma rolunu oynayır.
“Elektron hökumət” portalına girişi təmin etmək üçün sadələşdirilmiş autentifikasiya vasitələrindən hər hansı birindən istifadə edərək vətəndaş portala daxil olaraq yaradılmış xidmət vasitəsi ilə “e-identity”-ə qoşula bilər.
Bu zaman vətəndaş heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək və daha sonra istər “Elektron hökumət” portalına, istərsə də xidmətin inteqrasiya edildiyi digər portallara giriş əldə edə biləcək.
CAHANGİR