Bakı, 6 fevral, AzərTAc
“DəmirBank” “Böyük gələcəyə kiçik körpülər” adlı layihəyə start verib. Layihənin məqsədi övladı yeni dünyaya gəlmiş valideynlərə yardımçı olmaqdır.
Bankdan AzərTAc-a bildiriblər ki, layihə çərçivəsində “DəmirBank”ın əməkdaşlıq etdiyi klinikalarda övladı dünyaya gələn valideynlərə sertifikat təqdim olunacaq. Həmin sertifikata əsasən bankda övladının adına “Yığım” əmanəti hesabı açan valideynlərə yatırdıqları məbləğ qədər vəsait hədiyyə ediləcək.
Qeyd edək ki, “DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin bankda yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.