[ 29 Dekabr 2014 22:04 ]
Bakı-APA. Qərbi Afrikada Ebola virusuna yoluxanların sayı 20 mini ötüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya səhiyyə təşkilatı (ÜST) dekabrın 29-da məlumat verib.
Ebola virusundan ölənlərin sayı isə 7842 -yə çatıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə qeydə alınıb.
Bundan əvvəl Liberiya və Sierra-Leone sərhədində xəstəliyə onlarla yeni yoluxma faktı barədə məlumat verilmişdi.