N.Əliyev iclasın keçirilməsi üçün bir neçə məkanın təklif edildiyini açıqlayıb: "Tədbirin Türkiyə və ya Azərbaycanda keçirilməsi təklif edilib. Düşünürəm ki, bu, Azərbaycanda reallaşdırılsa, yaxşı olar. Bu ilin sonuna isə gecdir. Lakin gələn ilin fevralında bu tədbiri keçirə bilərik. Düşünürəm ki, həm Yunanıstan, həm Albaniya, həm də İtaliyada bütün proseslərə nəzarət etməliyik. Buna görə nazirləri dəvət edirik ki, görək onların nə problemi var".
Nazir Cənub Qaz Dəhlizində işlərin qaydasında getdiyini də açıqlayıb: "Bir müddət əvvəl "BP-Azerbaijan"ın prezidenti Qordon Birel ilə görüşdük. O bildirdi ki, bu istiqamətdə bütün işlər planlaşdırılandan xeyli öndə gedir".