Bakı, 27 noyabr, AZƏRTAC
Böyük türkmən şairi Məhtimqulu Fəraqinin “Divan”ı ilk Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanan nüsxə əsasında dəfə nəşr etdirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əsərin mətni ilə bərabər fotofaksimilesi də verilib.
Akademik İsa Həbibbəylinin elmi redaktorluğu və “Ön sözü” ilə çap edilən əsəri filologiya elmləri doktoru Paşa Kərimov, türkmən tədqiqatçıları Rəhmanverdi Qodarov və Rəhimməmməd Kurenov müasir əlifbaya transliterasiya edib, İsmixan Osmanlı türkmən dilindən Azərbaycan dilinə çevirərək qeyd və izahlar yazıb. Paşa Kərimov və İsmixan Osmanlı da kitaba “Ön söz” yazıblar.
Nəşrin rəyçiləri akademik Teymur Kərimli, Tükmənistan Elmlər Akademiyasının müxbir üzvü Annaqurban Aşırov və professor Məmməd Əliyevdir.