Bakı, 28 noyabr, AZƏRTAC
Bu ilin oktyabrında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 2,2 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yükdaşıma xidmətlərinin qiymətləri 2,6 faiz, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 0,9 faiz ucuzlaşıb.
Ay ərzində rabitə xidmətlərinin qiymət indeksi əvvəlki ayla müqayisədə 6,4 faiz endirilib, poçt və kuryer xidmətlərinin qiymətləri isə sabit qalıb.