Cəsədlərlə dolu dəmiryol platformaları, ayaqyollarının əllə yuyulub təmizlənməsi, acından ölməmək üçün siçan və siçovulların yeyilməsi.
Bütün bunlar Şimali Koreya Xalq-Demokratik Respublikasındakı "əmək düşərgə"lərinin reallığıdır.
Həmin düşərgələrdə diktator rejiminin "etibarsız" saydığı insanlar saxlanılır, "islah" olunurlar.
Ci Hen Park həbs olunandan sonra "əmək düşərgəsi" adlanan cəhənnəmdə bir il keçirib.
Milli.Az beynəlxalq "Amnesty İnternational" təşkilatının saytına istinadən bildirir ki, Parkın sözlərinə görə, bir il saxlandığı məkan alman faşistlərinin konsentrasiya düşərgələrindən heç nə ilə fərqlənmirdi:
"Orada bizi döyür, işgəncələr verirdilər. Ən xırda, cüzi "səhv"ə görə ayaqyolunu yalın əllə təmizləməyə vadar edirdilər. Acından ölməmək üçün otları, kolların yarpaqlarını, siçan, siçovul və ilanları yeyirdik. Əslində Şimali Koreyanın özü böyük həbsxanadır. İndi vəziyyət daha ağırdır. Çünki əmək düşərgələrinin yerləşdikləri ərazilərdə yeməyə siçan və ya ilan da qalmayıb".
"Orada bizi döyür, işgəncələr verirdilər. Ən xırda, cüzi "səhv"ə görə ayaqyolunu yalın əllə təmizləməyə vadar edirdilər. Acından ölməmək üçün otları, kolların yarpaqlarını, siçan, siçovul və ilanları yeyirdik. Əslində Şimali Koreyanın özü böyük həbsxanadır. İndi vəziyyət daha ağırdır. Çünki əmək düşərgələrinin yerləşdikləri ərazilərdə yeməyə siçan və ya ilan da qalmayıb".
Ci Hen Park Şimali Koreyadan Çinə adladığı və orada qaçqın kimi yaşamağa çalışdığı üçün tutulub. Şimali Koreyaya deportasiya olunandan sonra Cini Çhonçjindəki "əmək düşərgəsi"nə yollayıblar.
Cinin sözlərinə görə, düşərgəyə aparılanda cəsədlərlə dolu dəmiryol platformalarını görmək nadir hadisə deyildi.
"Düşərgədə iş günümüz səhər saat 4.30-da başlayır, axşam 8-9-da başa çatırdı. Yalnız şər qarışanda işlər başa çatırdı. İş günündən sonra "əmək məhsuldarlığı və görülən işlər"i müzakirə etməli, "partiya prinsipləri" barədə kitabçaları oxuyub suallara cavab verməli, "inqilabi" mahnıları əzbərləyib ifa etməli idik. Yalnız gecəyarısı yatmağa icazə verirdilər".
Onu daha sonra Ranam bölgəsinə yollayaraq çəltik tarlalarının salınması üçün dağ yamaclarını şumlayan on minlərlə "xəyanətkar"a qatıblar.
Burada acından ölməmək üçün mal və qoyunların peyinlərini eşələyib yeyən minlərlə məhbus təki Ci də yaşam uğrunda mübarizə aparırdı.
"Torpağı yalın əllə qazırdıq. Sonra 4 qadın torpaq yüklənmiş arabanı yamacla aşağı dartıb aparırdılar. Yeriyəndə mütləq qaçmalıydıq. Sürətlə hərəkət etməliydik", - Ci söyləyir.
Şimali Koreyadan Çinə, oradan da Britaniyaya qaçmağı bacaran Ci indi Mançester şəhərində yaşayır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.










