ANS PRESS-in məlumatına görə, "Baki Mall" ticarət və əyləncə mərkəzində keçirilən möhtəşəm konsert proqramı ANS ÇM və "Socar Petroleum"un birgə təşkilatçılığı ilə təşkil edilib.
Tədbirdə iştirak edən şou-biznes müğənniləri konsert iştirakçıları üçün özlərinin ən sevilən mahnılarını ifa ediblər. Fəridə Abdullayevanın aparıcılığı ilə keçirilən tədbirdə Gülyanaq Məmmədova, Səidə Sultan, Ayaz, İzzət Bağırov kimi tanınmış müğənnilər dinləyicilər üçün ifa ediblər. Konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qafqazın ilk FM stansiyası, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM konsert zamanı tamaşaçılar arasında müsabiqə keçirib. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ANS ÇM radiosu dinləyicilərinə hədiyyə olaraq hər ayın sonu konsert keçirir.













