"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovun "təyyarəmizi niyə vurdunuz" sualına cavabında deyib.
Məlumata görə, bu dialoq Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulmasından sonra iki nazir arasında telefon danışığı zamanı olub.
Danışıq zamanı S.Lavrov israrla soruşub: "Niyə təyyarəmizİ vurdunuz?"
M.Çavuşoğlu isə cavablnda deyib: "Bəs, siz 1983-cü ildə Kamçatka üzərindən uçan Cənubi Koreyaya məxsus sərnişin təyyarəsini niyə vurdunuz?".
"Kamçatkanı buraxın. Yunanıstandan bir nümunə göstərin. Egey üzərində davamlı olaraq, biri-brinizin hava məkanlarınızı pozursuz, ancaq biri-brinizi vurmursuz",- deyə S.Lavrov Türkiyə XİN başçısına cavabında deyib.
"Çünki iki ölkə arasında dialoq xətti var. Biz Afina ilə davamlı olaraq, danışırıq. Egey məsələsində dialoq kanallarımız açıqdır",- deyə M.Çavuşoğlu bildirib.
S.Lavrov isə həmin dialoqun Rusiya ilə yaradılmamasından gileylənib.
"Elə iş olarmı?! Biz sizə daha öncədən dəfələrlə xəbərdarlıq etmişik", - deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
Məlumata görə, həmin telefon danışığı zamanı M.Çavuşoğlu vurulan təyyarənin Türkiyənin hava sərhədini pozduğunu Rusiyanın bunu bilməsinə baxmayaraq, israrla eyni şəkildə davrandıqlarını söyləyib.