"Real Madrid"in kapitanı Pepe La Liqanın 13-cü turunda "Eybar"la qarşılaşmadan sonra (2:0) fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi ötən tur baş tutan "El Klasiko"ya toxunub.
"Biz "Barselona" ilə belə oynayacağımızı özümüz də gözləmirdik. Klub prezidenti və baş məşqçinin arxasındayıq. Rəqibə güzəştə getməməli, hansı klubun şərəfini qoruduğumuzu unutmamalıyıq. Komandanın bütün növ ustalığı var. Amma oyunlarda qalib gəlmək üçün bu, yetərli deyil. Azarkeşlər bizdən gərgin zəhmət tələb edir. Elə bununla məşğul olacağıq. "El Klasiko"dakı məğlubiyyət ciddi zərbə oldu. Vəziyyətdən çıxmağın yeganə yolu gərgin əməkdir. Bunu etsək, mövsümün sonunda istədiyimiz yerdə olacağıq. Ronaldo qaydasındadır. "Eybar"la oyunun çətin keçəcəyini nəzərə alıb müdafiədə komandaya kömək etdi. Bundan başqa, Beyl və Kriştianu fərqlənməklə də istəyinə çatmış oldu".
Milli.Az