Türkiyənin Çanaqqala şəhərinin dəniz sahillərində 386 nəfər miqrant xilas olunub. ANS PRESS-in məlumatına görə, xilas olunanlar arasında 1 nəfər Azərbaycan vətəndaşı da var.

Dənizdə boğulma təhlükəsi ilə üzləşən miqrantlar Yunanıstan Midilli adasına keçmək istəyiblər. Məlumata görə, xilasetmə əməliyyatları Türkiyənin Sahil Təhlükəsizlik Xidməti tərəfindən 26-30 noyabr tarixlərində həyata keçirilib.

Əməliyyatlar əsasən Çanaqqalanın Ayvacık Sivricə və Kadırğa burnları sahillərində keçirililib. Nəticədə 65 Əfqanıstan, 1 Azərbaycan, 1 Dominikan Respublikası, 2 İraq, 6 Konqo, 2 Mali, 8 Senegal, 14 Suriya və 1 Uqanda vətəndaşları xilas olunublar.

Təkcə bir rezin qayıqda 101 miqrant olub.

Həmçinin əməliyyatlar zamanı digər bir gəmidə 20 Myanma, 9 İraq, 57 Suriya və 77 Pakistan vətədaşları xilas edilərək müvafiq orqanlara təhvil verilib.

Türkiyədə azərbaycanlı miqrant xilas edildi
Miqrantların xilas edildiyi Çanaqqala yarımadası


Son vaxtlar Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələr nəticəsində Avropaya miqrant axını artıb. Bu səbəbdən ölkələr ciddi addımlar atmağa başlayıb. Miqrantlar əsasən Suriya, Əfqanıstan və digər münaqişə davam edən ölkələrdən Avropaya üz tuturlar. Avropa dövlətləri isə miqrantların ölkəyə daxil olmaması üçün öz sərhədlərini bağlayır. Bu isə qış aylarının yaxınlaşması ilə əlaqədar miqrantların işini çətinləşdirir.

Bundan əvvəldə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində miqrant faciələri baş verib. Yunanıstanın Sisam (Samos) adası sahillərində baş verən son qəzada 6-sı uşaq olmaqla 7 nəfər həyatını itirib.

Türkiyədə azərbaycanlı miqrant xilas edildi
Dənizdə xilas olmağa çalışan miqrantlar


Məlumata görə, Bulamaç adası yaxınlarında iki miqrantın cansız bədəni tapılıb.

Digər bir gəmidə təhlükəli səyyahətə çıxan miqrantlar fırtınaya düşdüyü üçün qəza baş verib. Nəticədə 10 nəfər həyatını itirib. Bir qızın cəsədi isə dəniz sahilinə çıxıb.