Bakı, 1 dekabr, AZƏRTAC
49 nömrəli marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəllər 49 nömrəli marşrut avtobusu “Atəşgah” dairəsindən “Xətai” metro stansiyasına kimi hərəkət edirdisə, dekabrın 2-dən etibarən bu marşrutun xətti uzadılaraq “Atəşgah” dairəsi-“Bakıxanov” dəmiryol stansiyası-“Bakıxanov” ticarət mərkəzi-“Dakar meydanı”-“Babək prospekti”-“Xətai” metro stansiyası-“Xətai” prospekti (Şərq bazarı) –“Cəfər Cabbarlı” metro stansiyası-Azadlıq prospekti-S.Rəhimov küçəsi ilə fəaliyyət göstərəcək.