Türkiyə Qatardan qaz alacaq

Türkiyə Qatardan qaz alacaq
17:32 2 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin BOTAŞ dövlət şirkəti ilə Qatar milli neft şirkəti arasında sıxılmış maye qaz alqı-satqısına dair Memorandum imzalanıb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qatara rəsmi səfəri çərçivəsində razılaşdırılıb.

Qatardan alınacaq sıxılmış maye qazın həcmi yaxın vaxtlarda tərəflər arasında imzalanacaq müqavilədə əksini tapacaq. Müqavilədə anlaşmanın müddəti də göstəriləcək.

Qeyd edək ki, təbii qaz xüsusi üsulla öz həcmindən 600 dəfə kiçildilərək maye hala gətirilir və anbarlarda saxlanılır.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR