Gələn il Sumqayıt Texnologiyalar Parkında yeni istehsal sahələri açılacaq

13:43 3 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Gələn il Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisində yeni istehsal sahələri açılacaq.
Bu barədə AZƏRTAC-a STP-nin Biznesin İnkişafı İdarəsinin reklam və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Mehman İsgəndərov məlumat verib.
O, istehsal olunacaq məhsullar sırasında internet kabelləri və yüksək gərginlikli kabellərin olduğunu deyib. “Bununla yanaşı, əsasən MDB, habelə region və Xəzəryanı ölkələrlə ixracın həyata keçirilməsi üçün danışıqlar aparırıq. Çünki bu istiqamətlərdə nəqliyyat xərcləri daha ucuzdur”, - deyə M.İsgəndərov bildirib.
Hazırda STP-nin ərazisində 14 müəssisə və 18 istehsal sahəsi fəaliyyət göstərir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR