​Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun inşasına əlavə vəsait ayıra bilər

​Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun inşasına əlavə vəsait ayıra bilər
13:57 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Dünya Bankının (WB) 3-cü magistral avtomobil yolları üçün əlavə maliyyələşdirmənin hazırlanması missiyasının Azərbaycana səfəri başlayıb. "Report"un WB-nin Bakı ofisindən əldə etdiyi məlumata görə, missiyaya Elizabet Vanq (Elizabeth Wang) rəhbərlik edir.
Missiyanın Bakı-Şamaxı yolunun tikintisinə əlavə vəsaitin ayrılması ilə əlaqədar danışıqlar aparmaq üçün Nəqliyyat Nazirliyi, "Azəryolservis" ASC və başqa dövlət qurumları ilə görüşlər keçirəcəyi deyilir.
Qeyd edək ki, adıçəkilən missiya bu həftənin sonu kimi Azərbaycanda olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/dunya-banki-baki-samaxi-avtomobil-yolunun-insasina-elave-vesait-ayira-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR