Azərbaycanlı tələbələr Dostluq Festivalında Sumqayıtdan danışıblar

Azərbaycanlı tələbələr Dostluq Festivalında Sumqayıtdan danışıblar
20:18 3 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 3 dekabr, AZƏRTAC
İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində (RDNQU) ənənəvi Dostluq Festivalı keçirilib.
Festivalın təntənəli açılış mərasimində gecənin aparıcısı Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvü Emin Hacıyevi təqdim edib. Aparıcı RDNQU-nun Azərbaycan klubuna dəstək göstərdiyinə görə RAGB-ın sədri Leyla Əliyevaya təşəkkür sözlərini çatdırmağı xahiş edib.
RDNQU-nun Azərbaycan klubunun üzvləri festivalda maraqlı proqramla çıxış ediblər, Azərbaycanın sənaye şəhəri Sumqayıtdan danışıblar. Universitetin tələbəsi Aysel Məmmədova “Sarı gəlin” xalq mahnısını, “Qarabağ” ansamblının üzvləri isə “Naz eləmə” rəqsini ifa ediblər.
Azərbaycan klubunun sədri Cavid İsmayılov, klubun digər üzvləri RAGB-ın Rusiyada təhsil alan azərbaycanlı tələbələrə böyük dəstək göstərdiyini qeyd ediblər, Birliyin sədri Leyla Əliyevaya xüsusi minnətdarlıqlarını bildiriblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_telebeler_Dostluq_Festivalinda_Sumqayitdan_danisiblar-908063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR