​İraqdakı muxtariyyətin deputatı: "Gündə Türkiyəyə yüzlərlə tanker yola salırıq"

​İraqdakı muxtariyyətin deputatı: "Gündə Türkiyəyə yüzlərlə tanker yola salırıq"
11:02 4 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın kosmosdan çəkdiyi fotolar İraqın şimalındakı muxtar bölgəyə aid neft daşıyan avtomobillər olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu muxtar bölgənin parlamentinin neft-qaz komissiyasının sədri Şerko Cövdət bildirib.
Onun sözlərinə görə, bu bölgədən boru və tankerlərlə nəql edilən neft Türkiyənin Ceyhan limanına, oradan isə dünya bazarına çıxarılır. Komissiya sədri bunu dəfələrlə bəyan etdiklərini söyləyib: "Gündə Türkiyəyə yüzlərlə taneker yola salırıq. Bu gizli bir iş deyil".
Qeyd edək ki, Rusiya Türkiyənin İŞİD-lə neft alveri etdiyini, bu yanacağı daşıyan tankerlərin kosmosdan fotosunu çəkdiyinin iddia edir. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-raqdaki-muxtariyyetin-deputati-gunde-turkiyeye-yuzlerle-taneker-yola-saliriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR