“On il həyat fəaliyyətinin təhlükəsizliyinin keşiyində” mövzusunda elmi-praktik konfrans

11:33 4 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Pərvanə İmanova, AZƏRTAC
Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “On il həyat fəaliyyətinin təhlükəsizliyinin keşiyində” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının on illiyinə həsr olunub.
Tədbirdə DİA-nın prorektoru, professor Əlikram Abdullayev FHN-in yaradılmasından və fəaliyyətindən söz açıb.
Bildirilib ki, bu qurum Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamına əsasən yaradılıb. Hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd olunur. FHN ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/On_il_heyat_fealiyyetinin_tehlukesizliyinin_kesiyinde_movzusunda_elmi_praktik_konfrans-908160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR