Türkiyənin baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyənin baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
14:22 4 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olann Türkiyənin baş naziri Əhməd Davudoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. 
"Report" xəbər verir ki, Əhməd Davudoğlu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub. Daha sonra o, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.
Türkiyənin baş naziri, həmçinin Şəhidlər Xiyabanında şəhidlərinin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Daha sonra Ə.Davudoğlu 1918-ci ildə Bakının daşnaklardan azad olunması uğrunda mübarizədə həlak olan türk əsgərlərinin abidəsinə baş çəkib və əklil qoyub.



Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/turkiyenin-bas-naziri-fexri-xiyabani-ve-sehidler-xiyabanini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR