Bakıda qadın idman gimnastikası üzrə çoxnövçülükdə yarışlar yekunlaşıb (FOTO)

Bakıda qadın idman gimnastikası üzrə çoxnövçülükdə yarışlar yekunlaşıb (FOTO)
17:53 4 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası və akrobatika üzrə birgə Azərbaycan birinciliyi çərçivəsində "balacalar” (2003-2005), “uşaqlar” (2006-2007), “kiçiklər” (2008-2009), həmçinin "yeni başlayanlar” (2008-2010) yaş kateqoriyasında qadın idman gimnastikası üzrə çoxnövçülükdə yarışlar başa çatıb.

2003-2005-ci il təvəllüdlü gimnastların yarışında Bakı Gimnastika Məktəbinin nümayəndəsi Samirə Qəhrəmanova 38,55 bal toplayaraq qalib adını qazanıb. "Ocaq" idman klubunun təmsilçisi Milana Minakovskaya 37,6 balla ikinci yerə layiq görülüb. Bakı Gimnastika Məktəbinin digər nümayəndəsi Valeriya Şulyayeva isə 36,95 balla isə üçüncü olub.

2006-2007-ci il təvəllüdlü gimnastların yarışında "Ocaq" idman klubunun nümayəndəsi Nazənin Teymurova qalib olub. O, 36,8 bal toplayıb. Klubun digər nümayəndəsi Aliyə Rüstəmova ondan 0,7 bal geri qalıb. Bakı Gimnastika Məktəbinin təmsilçisi Xanım Məmmədzadə 35,8 bal toplayaraq üçüncü pilləyə yüksəlib.

2008-2009-cu il təvəllüdlü gimnastların yarışında hər üç yeri "Ocaq" idman klubunun nümayəndələri tutublar. I, II, III yerləri müvafiq olaraq Nərmin Abdullayeva (37,3 bal), Dəniz Əliyeva (36 bal) və Leyla Zamanova (35,65 bal) tutublar.

İdman gimnastikasına yeni başlayanların yarışında (2008-2010-cu il təvəllüdlü) Milana Əliyeva (Bakı Gimnastika Məktəbi) 38,15 balla qızıl medal qazanıb. Qalibdən 0,6 bal az toplamış Duyğu Məcidzadə ("Ocaq" idman klubu) ikinci olub. Bakı Gimnastika Məktəbinin digər nümayəndəsi Esmeralda Həsənova isə 37,4 bal toplayaraq bürünc medala sahib çıxıb.

Sabah yarışların son günündə gənclər (1998-2000), yeniyetmələr (2001-2002), balacalar (2003-2004), uşaqlar (2005-2006) və kiçiklər (2007-2008) yaş kateqoriyalarında çoxnövçülük üzrə yarışlarda oğlanlar medallar uğrunda mübarizə aparacaqlar.

Kişi və qadınlar arasında idman gimnastikası üzrə yarışlarda ümumilikdə 62 idmançı iştirak edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2465323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR